Korsika aeroportunda ATIŞMA - Ölən və yaralananlar var

15:33 - 5 Dekabr 2017 - DÜNYA

Fransanın Korsika adasında Bastiya-Poretta hava limanında atışma baş verib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, atışmadan sonra avtomobil hadisə yerindən uzaqlaşıb.

Hava limanında təxliyə aparılmayıb.

Hazırda atəş açanların tapılması istiqamətində axtarışlar aparılır.

Xəbər xətti