Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraillə diplomatik münasibətlərin kəsilə biləcəyindən danışıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu hadisənin ABŞ-ın Qüdsü İsrailin paytaxtı tanıyacağı halda, atacağını deyib.
“Qüds müsəlmanlar üçün qırmızı xətdir. Bu addım bütün bəşəriyyət üçün ağır nəticələr doğuracaq. Bunun belə qoymayacayıq. Bəyəm ABŞ-ın başqa problemi yoxdur, bir bu qalıb? Sona qədər mübarizə aparacayıq. İsraillə diplomatik münasibətləri kəsməyə qədər gedə bilərik. Bir daha ABŞ-a xəbərdarlıq edirəm ki, regionu daha dərin böhrana sala biləcək addımlar atmasınlar”.
O, Qüdsün İsrail paytaxtı tanınacağı halda, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantı həyata keçirərək müsəlman dünyasını hərəkətə gətirəcəyini vurğulayıb