ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmək istəyi sərt reaksiyalara səbəb olub.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bəyanatdan sonra "ABŞ yenidən ərəb və İslam dünyasının əsas düşməninə çevrilir"-kimi fikirlər səsləndirilib.
Fələstin isə bunu savaş elanı kimi qəbul edib.
Fələstinin "Əl Fətih" hərəkatına yaxın qəzetin xəbərində deyilir: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı qəbul etməsi Fələstin xalqına savaş elanıdır.
ABŞ-ın bu addımı Fələstin xalqının əsas haqlarına qarşı düşmənçilik niyyətlərini daha da dərinləşdirir. İsrailin Fələstin torpaqlarını işğalını da qanuniləşdirir".