İsrail Suriyanın paytaxtına 3 raket zərbəsi endirdi

14:21 - 5 Dekabr 2017 - DÜNYA

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərindəki hərbi müəssisələrə 3 raket zərbəsi endirib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, İsraildən atılan raketlər Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Xəbəri Suriyanın dövlət televiziyası yayıb. Bildirilir ki, raketlər hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.

"Reuters"ə məlumat verən hadisə şahidi bildirib ki, şəhərin qərb hissəsində 3 böyük partlayış baş verib. Digər hadisə şahidi isə ərazini tüstü bürüdüyünü bildirib. İsrail tərəfi mövzu ilə bağlı açıqlama vermir.

Xəbər xətti