“Suriyanın Raqqa bölgəsində aparılan əməliyyatlar başa çatandan sonra, oradakı terrorçu İŞİD qruplaşmasının silahlıları Misirin Sinay yarımadasına göndəriləcək”.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədr olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.
O vurğulayıb ki, Türkiyə NATO-ya üzv dövlətlər arasında terrorçu İŞİD qruplaşmasına qarşı əməli olaraq mübarizə aparan yeganə ölkədir: “Türkiyənin antiterror əməliyyatlarına mane olmaq üçün terrorçulara silah verən müttəfqimizi necə qəbul edə bilərik?”.
Qeyd edək ki, ABŞ və Rusiya Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasında təmizləndiyinin bildirib. Bu şəhəri İŞİD özünə “paytax” elan etmişdi. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları “YPG” və “PYD”nin Raqqanı tərk etməsi üçün İŞİD-lə razılaşdıqları da təsdqilənib.