Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin saxlnılmasını şərh edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov hadisə izlədiklərini deyib.
“Ukraynada baş verənləri maraqla izləyirik. Kiyev də, Saakaşvili də növbəti dəfə bizi təəccübləndirir”.
Hazırda Saakaşvili polis maşınında ifadəsi alınmaq üçün polis şöbəsinə aparılır.