Dəniz Baykal müayinə üçün Almaniyaya aparıldı

20:40 - 5 Dekabr 2017 - DÜNYA

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və millət vəkili Dəniz Baykal müayinə üçün Almaniyaya aparılıb.
 

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 51 gündür Ankarada İbn Sina xəstəxanasında müalicə alan D.Baykal müalicəsini bundan sonra Almaniyada davam etdirəcək.

Qeyd edək ki, D.Baykal oktyabrın 16-da yüksək hərarət səbəbindən vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmiş və daha sonra əməliyyata alınmışdı. Əməliyyata səbəb onun baş-beyin tomoqrafiyası zamanı beynində şiş və qansızmanın aşkar edilməsi olub.

Xəbər xətti