Sabiq prezidentin ölümü vəziyyəti daha da pisləşdirəcək

20:16 - 5 Dekabr 2017 - DÜNYA

Yəməndə sabiq prezident Əli Abdullah Salehə hücum zamanı “Ümumi Xalq Konqresi” partiyasının baş katibi Arif əz-Zukanı da öldürüblər.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, “Sky News Arabia” telekanalının yaydığı məlumata görə, sabiq prezidentin partiyası baş katibin ölümünü təsdiqləyib.
 
Yəmən ordusunun nümayəndəsi bildirib ki, husilər Salehi şənbə günündən izləyirdilər və o, atışma zamanı öldürülüb. Arif əz-Zuka da sabiq prezidentlə eyni avtomobil karvanında olub.
 
Telekanal, həmçinin, xəbər verib ki, qiyamçılar sabiq prezidentin oğlu Saleh Xalidi də yaralayıb və onu əsir götürüblər.
 
Qiyamçı husilər və sabiq prezident Əli Abdullah Salehin tərəfdarları arasında ötən həftənin çərşənbə günündən başlayan toqquşmalarda indiyədək azı 245 nəfərin həlak olduğu bildirilir.
 
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçmiş dövlət başçısının üsyançı husilər tərəfindən öldürülməsi xəbərini şərh edərkən Əli Abdulla Salehin ölümü ölkədə onsuz da çətin olan siyasi vəziyyəti olduqca ağırlaşdırır: ""Bu, şübhəsiz ki, onsuz da çətin siyasi vəziyyəti olduqca ağırlaşdırır. BMT sabiq prezidentin ölüm xəbərini müstəqil şəkildə təsdiq edə bilməz, lakin bununla bağlı məlumatlardan və Salehin başçılıq etdiyi Ümumxalq Konqresinin bəyanatından xəbərdardır".

Xəbər xətti