Yəmənin paytaxtı Səna şəhərində yerləşən İran səfirliyi mərmi atəşinə tutub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2014-cü ildən bəri Yəməndə qanuni hökumətə qarşı birgə savaşan keçmiş prezident Əli Abdulla Saleh tərəfdarları ilə Husilər arasında bir müddətdir ki, anlaşılmazlıq yaşanır. Keçmiş müttəfiqlər arasında qarşıdurma bu gün Sənada yenidən baş qaldırıb. Nəticədə haradan atıldığı bilinməsə də, hədəf İran səfirliyi olub.
Qeyd edək ki, bölgənin ən iri rəqibi olan Səudiyyə Ərəbistanı ilə İran Yəməndə qarşı-qarşıyadır. İran paytaxt Səna başda olmaqla ölkənin bir çox yerini ələ keçirən şiə Husiləri dəstəkləyir. Səudiyyə isə Husilərin irəliləyişindən narahatdır.