BMT və doqquz ölkə Şimal Buzlu Okeanında ticari məqsədlə balıq tutmağı qadağan edib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, əldə edilən razılaşma 16 illik imzalanıb.
Bildirilir ki, razılaşma alimlərin okeandakı dəniz ekologiyası və iqlim dəyişikliyinin regiona təsirini araşdırmaq məqsədi ilə imzalanıb.
Şimal Buzlu Okeanının 2.8 min kilometrlik sahəsinə aid beynəlxalq suları qoruma müqaviləsi iki illik müzakirələrdən sonra imzalanıb. Müqavilə təkcə okean sahili ölkələrə yox, Yaponiya, Çin və Cənubi Koreya kimi bütün ölkələrə şamil edilir.
Müqavilə 16 il müddəti ərzində qüvvədə olacaq və hər 5 ildən bir müqaviləni imzalayan dövlətlərdən biri etiraz etməsə,yenilənəcək.