Yəmənin paytaxtı Sanada husilər və eks prezident Əli Abdulla Salehin tərəfdarları arasında davam edən toqquşmalarda ölənlərin sayı 245 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalının məlumat yayıb.
Tərəflər arasında münaqişə bu il noyabrın 29-da onların nəzarəti altında olan paytaxtda baş verib. Döyüşlər Salehin adını daşıyan şəhərin ən böyük məscidinin ətrafında başlayıb və tezliklə şəhərin digər hissələrinə yayılıb.
"Sky News Arabia" telekanalının məlumatına görə, Sana üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizə tankların istifadəsi ilə davam edir.
Xatırladaq ki, daha əvvəl "Sinhua" agentliyi qarşıdurmalar zamanı ağır mərminin İran səfirliyinə tuş gəldiyi, binanın yandığı və həmin an diplomatik missiyasının içərisində 20 əməkdaşın olması barədə xəbər yayıb.