Dekabrın 6-da axşam saatlarından hava dəyişəcək

12:15 - 4 Dekabr 2017 - Xəbər

“Dekabrın 6-da axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.


Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Dekabrın 6-da axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.
Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.

Xəbər xətti