Tailandın cənubundakı Pattaya kurort şəhərində avtomobil kütlənin arasına daxil olub.
Ucnoqta.az Trend-iə istinadən bildirir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub, 10-dan çox adam xəsarət alıb.
Xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Hadisə terror aktı kimi qeydə alınmayıb. Qeyd olunur ki, qəzaya sürücünün epilepsiya tutması səbəb olub.