Honkonqda məşhur brendlərin çantaları oğurlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki mağazalardan birinə girən 3 nəfər “Hermes” və “Yves Saint Laurent” (YSL) markalarına məxsus 14 çanta oğurlayıb.
Polisin məlumatına görə, oğurlanan mallar 1,44 milyon honkonq dolları (184 min ABŞ dolları) dəyərində olub. Bildirilir ki, hər üç şəxs mağazanın kameralarına düşsə də, hələlik dəqiq kimlikləri məlum deyil. Hazırda polis onları axtarır.