ABŞ prezidenti Donald Tramp ailə üzvləri ilə Ağ Evdə Milad ağacını işıqlandırıblar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, təntənəli mərasimdə birinci xanım Melaniya Tramp, qızı İvanka Tramp, kürəkəni Cared Kuşner və uşaqları da iştirak ediblər. Melaniya mərasim üçün “Chanel”dən sevimli rəngi olan qırmızı palto geyinib. Bej rəngli ayaqqabı seçimini isə “Christian Louboutin”dən olub.
Donald Tramp da klassik kostyumunu qırmızı qalstukla tamamlayıb.