2 qadın marketdə özünü partlatdı - 13 ölü

18:55 - 3 Dekabr 2017 - DÜNYA

Nigeriyanın Borno əyalətində “Boko Haram” terrorçu qruplaşmasının 2 qadın üzvü marketdə terakt törədiblər.

 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular marketdə kasıb ailələrə pulsuz ərzaq paylanılan zaman üzərlərinə bağladıqları partlayıcı qurğunu işə salıblar.

 

Hadisə zamanı 13 nəfər ölüb. Yaralıların sayı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, “Boko Haram” qruplaşması Borno əyalətində minlərlə insanın ölümünə səbəb olub.

 

Xəbər xətti