Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Baş Prokurorluğu ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın və 22 yaxın adamının mülklərinin müsadirə edilməsi barədə qərar çıxarıb.
Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” Türkiyə mətbuatına istinadən Zərrabın əlindən alınan mülklərinin siyahısını təqdim edir:
- İstanbul Boğazında Kanlıca bölgəsində 2 ədəd yalı,
- Kandillidə köşk,
- 12 milyon dəyərində “Challenger 300” tipli özəl təyyarə,
- 1 milyon 50 min lirə dəyərində Nəzmi Ziyanın “Öz Evi” tablosu,
- İstanbulda 4 milyon lirəlik ev,
- Bakırköydə üç ədəd lüks mənzil,
- “Metroport Busidence Plaza” iki ofis mərtəbəsi,
- Tuzlada fabrik
İş adamının şərik olduğu şirkətlər isə bunlardır:
- Roysar Dənizçilik İndustriya Mexanika və Qiymətli Mədənlər Sənaye Ticarət anonim şirkəti,
- Roysar Holdinq anonim şirkəti,
- Roysar Ərzaq Xarici Ticarət şirkəti,
- Roysar Qızıl Ticarət İdxalar və İxracat şirkəti,
- Are Hava anonim şirkəti,
- Roysar Mebel Dekorasiyası Sənaye və Ticarət anonim şirkəti.
Zərrabın mülkləri əlindən alından yaxınları siyahısı:
Alara Zərrab
Hüseyn Zərrab
Şəbnəm Zərrab
Can Zərrab
Mehmet İbrahim Burhanəddin
Bəhruz Böyükoğlu
Mehmet Mehdi Culazadə
German Qənbəri Arablou
Hüseyn Qarabəyli
Bəhram Dərgahi Müqəddəm
Aydın Harezi
Sərdar Günəş
Əli Hüseyn Zadə
Göksəl Qum
Pərviz Ləki
Əhməd Sayqın
Omıd Mohagilegh Eromi
Moştaql Məhəmməd Əli
Babək Nahani
Hüseyn Nobari
Məhəmməd Rza Paşapournıku
Əli Polad