DÇ-2018-in püşkatmasında təsirli an - Maradona əyilib Peleni öpdü

23:35 - 2 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin dünən DÇ-2018-in püşkatma mərasimindən sonra tədbirə qatılan dünya futbolunun ulduzları ilə görüşüb. 



Ucnoqta.az xəbər verir ki, Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, əfsanəvi Pelenin tədbirə əlil arabası ilə gəlməsi diqqət çəkib. 

Qeyd edək ki, Putin Pele, Maradona və digər futbolçularla söhbət edib. Futbolun başqa bir əfsanəsi Maradonanın əyilərək 77 yaşlı Pelenin alınından öpməsi isə tədbirin ən təsirli anı olub.
 
Xatırladaq ki, Maradona həmişə özünü Peledən üstün futbolçu olduğunu deyib.


Xəbər xətti