İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb.
APA-nın "Anadolu" agenytliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib.
Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub.
Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.