Almaniyada hökumət böhranı başa çatır — Koalisiya görüşləri başladı

17:27 - 1 Dekabr 2017 - DÜNYA

Koalisiya hökuməti qura bilməyən baş nazir Angela Merkel keçmiş şəriki "Sosial Demokratlar" partiyası ilə danışıqlara başlayır.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Almaniyada seçkilərdən iki ay keçsə də, hökumət qurmaq üçün önəmli bir addım bu gün atılıb.

Merkel Xristian İttifaq partiyaları və Sosial demokratlarla müzakirələrə başlayıb.

SPD lideri Martin Şultz böyük koalisiyanın avtomatik bir formada qurula bilməyəcəyini, müzakirələrin aparılacağını bildirib.

Xəbər xətti