Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tojvo Klaar gələn həftə Azərbaycana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, dekabrın 4-5-də baş tutacaq səfər çərçivəsində T.Klaar bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.
Bu, T.Klaarın bu vəzifəyə təyin olunduqdan sonra Bakıya ilk səfəridir.
Xatırladaq ki, noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatını təsdiqləyib.
Toyvo Klaar 2014-ci il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.