Həbs olunan şahzadə ittihamları rədd edib - 17 milyardından keçmədi

23:16 - 1 Dekabr 2017 - DÜNYA

Adı korrupsiya qalmaqalında hallanan Səudiyyə şahzadəsi, milyarder Əl-Valid bin Təlal bin Əbdüləziz Əl Səud ittihamları qəbul etmir. 
 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Valid ona qarşı irəli sürülmüş ittihamları tamamilə rədd edir və tələb edir ki, maliyyə auditi üzrə dünya təşkilatları onun maddi vəsaitlərinin mənbələrini araşdırsınlar. Valid vəliəhd Məhəmməd bin Salmandan neytral tərəf və ya işin araşdırılması üçün xarici nümayəndələr istəyib.
 

Qeyd edək ki, 17 milyard sərvəti olan şahzadə Four Seasons, CitiGroup, Twitter, Apple, Motorola, 21st Century Fox, Disney şirkətlərində paya sahibdir.

Xəbər xətti