İran İslam Respublikasının donanması Qərbi Asiya regionunun ən böyük hərbi gəmisini istehsal edəcəyini açıqlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, gəmi "Khalij Fars", yəni fars körfəzi adlandırılacaq.
Açıqlamaya əsasən, gəminin uzunluğu 135, eni isə 16 metr olacaq. 6.500 ton yükdaşıma qabiliyyətinə malik gəmi 8 min mil (dəniz ölçü vahidi) məsafədə 25 knot (dəniz sürət göstəricisi) sürətlə hərəkət edəcək. Gəmidə 230 donanma tələbəsi təlim keçəcək.
Gəmidə 4 gəmi əleyhinə raket və helikopter meydançası olacaq. "Tasnim" agentliyi bildirir ki, gəminin inşasına 2012-ci ildə başlanılıb. Yeni hərbi gəmi İranın donanma günündə təqdim ediləcək.