Hindistanda qasırğa 86 nəfəri "itirdi"

13:58 - 1 Dekabr 2017 - DÜNYA

Hindistanın cənub ştatlarında güclü qasırğa tüğyan edib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, qasırğa nəticəsində azı 8 nəfərin həlak olduğu bildirib. Son məlumata görə, 86 nəfər isə itkin düşmüş hesab edilir.

“Okxi” adlandırılan qasırğa Hindistanın 4 ştatında davam edir.

Qeyd olunur ki, Tamilnad ştatında 900-ə yaxın sakin təxliyə olunub.

Hazırda dənizdə itkin düşmüş balıqçılaırn axtarışları aparılır.

Xəbər xətti