İranda baş verən zəlzələ nəticəsində 51 nəfər xəsarət alıb.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Qeyd edək ki, noyabrın 30-da İranın Kirman əyalətində 6,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 02:32-də 500 mindən çox insanın yaşadığı Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.