Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad tutub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, spiker onlardan telefonu söndürmələrini tələb edib: “Mən hər dəfə bu məsələni deyirəm. Sizə iclas zamanı zəng gəlir və danışırsınız. Telefonu işlətməyi hamınız bilirsiniz. Onu söndürməyi də bacarmalısınız.
Belə olmaz axı. Xahiş edirəm ki, bir-birimizə hörmət edək”.