Pakistanın Peşəvər şəhərində Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı 11 nəfər yaralanıb.
Şəhərin polis rəisi Tahir Xan jurnalistlərə bildiririb ki, silahlı şəxslərlə polis arasında atışma olub. Universitetin kampusuna hücum edən şəxslər zərərsizləşdiriliblər.
Qeyd edilir ki, onlar 3 nəfər olublar. Reuters-in xəbərinə görə, hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.