Futbol üzrə Argentina çempionatının aşağı liqalarından birində "Xuventud de Perqamino" və "İndependyente Çivilka" komandaları arasındakı görüş zamanı hakimlər döyülüb.
"Report"un "TyC Sports"a istinadən verdiyi məlumata görə, ədalət keşikçiləri yerli klubun azarkeşlərinin fiziki təzyiqlərinə məruz qalıblar.
Fanatlar meydana girərək, hakimlərə hücum ediblər. Nəticədə döyülənlər xəstəxanaya çatdırlıblar. Zərərçəkənlərdən birinin başına 10 tikiş qoyulub.