Səudiyyə Ərəbistanına İran üzərindən getmək istəyən Bolqarıstan Baş naziri Boyko Borisovun təyyarəsinin geri qaytarılması ilə bağlı insidentə Tehran aydınlıq gətirib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İran XİN-nin nümayəndəsi Bəhram Kasemi bildirib ki, bolqar baş nazirin təyyarəsinin İran hava sahəsindən keçməsinə izn verilməməsi həqiqəti əks etdirmir. Belə ki, insindent ekipajın məlumatı yanlış ötürməsi nəticəsində baş verib. Nəticədə təyyarəni müəyyən etmək mümkün olmayıb.
Kasemi baş verənlərlə bağlı təəssüfləndiyini ifadə edib və qeyd edib ki, İran hava sahəsi hər zamanı dost ölkələrin, o cümlədən Bolqarıstanın təyyarələri üçün açıqdır.
Qeyd edək ki, daha əvvəl Bolqarıstan XİN rəhbəri bəyan etmişdi ki, baş nazirin olduğu təyyarənin İran hava sahəsindən tranzit uçuşuna icazə verilməyib.