Şimali Koreya ABŞ-ı vura biləcək raketlərini göstərdi

23:05 - 30 Noyabr 2017 - DÜNYA

Şimali Koreyanın Mərkəzi Televiziyası “Xvason-15” raketlərinin görüntülərini ilk dəfə göstərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu raketlər ABŞ ərazisinə zərbə endirmək iqtidarındadır.

 
Raket sınaqlarına şəxsən Kim Çen İn rəhbərlik edib. Kadrlarda onun göstərişi ilə raketin havaya qalxdığı göstərilib.
 
Qitələrarası ballistik raket sayılan “Xvason-15” 950 kilometr uçduqdan sonra Yaponiyanın 250 kilometrliyində dənizə düşüb.
 
Ekspertlər yeni raketin bundan əvvəlki analoqlarını üstələdiyini və 13 min kilometr məsafə qət edərək, ABŞ-a zərbə endirmək gücündə olduğunu yazır

Xəbər xətti