Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, ABŞ Geoloji Xidməti bu barədə xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri okeanın 10 kilometr dərinliyində Braziliya ilə Qərbi Afrika arasında yerləşən regionda qeydə alınıb.
Təkanlar nəticəsində sunami təhlükəsi barədə hələ məlumat verilməyib.