Haaqa tribunalında zəhər içən general öldü

12:18 - 30 Noyabr 2017 - DÜNYA

Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın iclasında apellyasiya məhkəməsi tərəfindən hökm elan edildikdən sonra zəhər içən xorvatiyalı general Slobodan Pralyak öldü.
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Haaqa tribunalında sabiq generalın içdiyi zəhər həqiqi olub. O, onun barəsində çıxarılan son hökmü öyrəndikdən sonra ölüb.
 
Qeyd edək ki, Slobodan Pralyak barədə 20 il azadlıqdan məhrum edilmə qərarı çıxarılmışdı. O, Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlərdə günahlandırılırdı.

Xəbər xətti