Zərrabın ittihamlarına Türkiyə hökumətindən ilk AÇIQLAMA

12:09 - 30 Noyabr 2017 - DÜNYA

 "Zərrab təzyiq nəticəsində böhtan atmağa məcbur olub" 

ABŞ-da həbs həyatı yaşayan Rza Zərrabın məhkəmə zamanı dediyi sözlərə görə Türkiyə hökumətindən ilk açıqlama verilib. Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazirin köməkçisi Bəkir Bozdağ Rza Zərrabın şahidlik etdiyi məhkəmə ilə bağlı "Zərrab təzyiq nəticəsində böhtan atmağa məcbur olub" deyib: "İttiham edən FETO-çu, şahid FETO-çu. Mən bu məhkəmədən ədalət gözləmirəm"- deyə Bəkir Bozdağ əlavə edib.


Qeyd edək ki, ötən gün məhkəmədə R.Zərrab ilk dəfə əməllərini etiraf edib. O deyib ki, 2016-cı ilin martında tutularkən çox qorxduğu üçün ilk ifadəsində FBI-ya doğruları deməyib. İndi isə hər şeyi doğru danışacağına and içib. R.Zərrab bildirib ki, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro rüşvət verib:


“İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla əlaqələrim olduğunu qəbul edirəm. İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan xilas olmaq üçün neft və qaz satışından əldə etdiyi gəlirləri ilə beynəlxalq ödəmələri həyata keçirdim. Bu işdən əldə etdiyim gəlirin 50 faizini isə keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana təklif etdim. Digər valyutalarla verdiklərimi saymıram. Təkcə avro ilə 45-50 milyon rüşvət vermişəm”.

Xəbər xətti