Türkiyə Suriya ərazisində Afrin şəhərində yeni hərbi əməliyyatları istisna etmir.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş nazir müavini Bəkir Bozdağ deyib.
Nazir müavininin sözlərinə görə, Suriyanın şimalında baş verən hadisələr ilk növbədə Türkiyəni maraqlandırır.
B.Bozdağ qeyd edib ki, Ankara Suriyanın şimalında, Türkiyənin cənub sərhədlərində yeni dövlətin yaradılmasına icazə verməyəcək.