Prezident İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ucnoqta.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, dövlət başçısı bu gün ilk dəfə baş tutacaq Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçlü toplantısından əvvəl Çavuşoğlu ilə təkbətək görüşüb.