Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrup həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə M.Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.
"Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim", - deyə Çavuşoğlu qeyd edib.