Rusiya Bankı (Mərkəzi Bank) fiziki şəxslərin kreditləşdirilməsi sahəsində məhdudiyyətlərin tətbiqi haqqında düşünür.
"Report" "TASS" agentliyinə istinadən bildirir ki, bu açıqlamanı Rusiya Bankı sədrinin müavini Vasiliy Pozdışev Rusiya Banklar Assosiasiyasının konfransında verib.
Pozdışev bildirib ki, bu ilin ilk 10 ayında fizki şəxslər üzrə kredit portfeli 9,8% artıb: "Kreditləşmənin dinamikası risk əmsallarının artmağa başlaması səbəbindən, onu məhdudlaşdırmağı düşünməyə vadar edir".
Yanvar-oktyabr aylarında fiziki şəxslərin kreditləşməsi 9,8% artdığı halda, qeyri-maliyyə sektoru müəssisələrinin kreditləşməsi cəmi 2,9% artıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Bankının sədri Elvira Nabiullina fiziki şəxslərin kreditləşmə dinamikasının əhalinin gəlirlərindəki artımla uyğunlaşmalı olduğunu bildirib.