“Cari ilin sonunda Gürcüstan iqtisadiyyatı turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək”.
Ucnoqta.az APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.
O bildirib ki, Dünya Bankı ilə birgə hazırlanmış strategiyaya əsasən, Gürcüstan 2025-ci il üçün 11 mln. turist qəbul edəcək.
Nazir qeyd edib ki, turizmin sayəsində Gürcüstanda on minlərlə yeni iş yeri yaradılıb.