Bu ilin yanvar-oktyabr ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.
Ucnoqta.az Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilə nisbətən 5,5 faiz artaraq 187,3 milyon nəfərə çatıb.