Ermənilər işğal olunmuş ərazilərimizdə növbəti təlimlər keçirir

12:15 - 29 Noyabr 2017 - Xəbər

Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb.

 
Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.

Xəbər xətti