Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verib

12:01 - 29 Noyabr 2017 - Xəbər

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək.
 
Ucnoqta.az APA-nın Gürcüstan bürosunun məlumatına istinadən bildirir ki, Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib. O bildirib ki, qanuniləşdirmə simvolik olaraq 1 lariyə həyata keçiriləcək: “Həmin ailələri təbrik edirəm. Bu problemdən əziyyət çəkən hər kəs bizdən maksimum dəstək alacaq”.

Xəbər xətti