Kim Çen In Koreyanın nüvə silahlanmasının başa çatdığını elan etdi

18:35 - 29 Noyabr 2017 - DÜNYA

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ballistik raketlərin gecə sınaqlarında iştirak edib.

Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, Şimali Koreya rəhbəri sınaqları yüksək qiymətləndirib.

O qeyd edib ki, bu gün dövlətin nüvə silahlanmasının yekunlaşmasında tarixi uğur əldə olunub.

KXDR rəsmiləri də yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini təsdiq ediblər. Söhbət bütün ABŞ ərazisini hədəfə ala biləcək "Xvason-15" raketlərindən gedir.

Xəbər xətti