Əfqanıstanın cənubundakı Qəndahar vilayətində avtomobilin altında mina partlaması nəticəsində 8 dinc sakin həlak olub, 2 nəfər yaralanıb.
"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında 3 qadın var.
BMT-nin Əfqanıstandakı missiyasının məlumatına əsasən, bu ilin ilk 9 ayı ərzində Əfqanıstanda münaqişə bölgələrində 2,64 min nəfər ölüb, 5,37 mindən çox insan isə yaralanıb.