ABŞ Marsda qəsəbə tikəcək

23:15 - 28 Noyabr 2017 - DÜNYA

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun bir qrup mütəxəssisi “Mars şəhər dizaynı” müsabiqəsində qalib gəlib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, müsabiqənin sponsorları NASA və Avropa Kosmos Agentliyi (ESA) olub.

Müsabiqədə Marsda yaşayış əraziləri layihələri təqdim edilib.

Qeyd olunur ki, qalib layihəyə əsasən Qırmızı planetdə 50 nəfər üçün nəzərdə tutulan günbəz formalı evlər tikiləcək.

Məlumata görə, ümumilikdə 10 min nəfərin məskunlaşacağı 200 evin tikintisi təklif olunur.

Xəbər xətti