Bu gün yenidən İran Prezidenti seçilən Həsən Ruhaninin fəaliyyətinin ilk 100 günü tamam olur.
Bu barədə İranın Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili deyib.
P.İsmaili qeyd edib ki, bu münasibətlə Prezident H.Ruhani axşam saatlarında İranın dövlət televiziyası ilə çıxış edərək fəaliyyəti barədə xalqa hesabat verəcək və qarşıda duran vəzifələr haqqında danışacaq. Prezident regional məsələlər, iqtisadi və ictimai mövzular ilə əlaqədar proqramlarını şərh edəcək.