Azərbaycanda əkin yerinin yandırılmasına görə cərimə tətbiq ediləcək.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.
Yeni təkliflərə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatdək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatdək, hüquqi şəxslər 5000 manatdan 6000 manatdək cərimələnəcəklər.
Dəyişikliyin əsas məqsədi əkin yerlərtinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsidir.