İsrail yeni dəniz müdafiə sistemini istifadəyə verdi

10:57 - 28 Noyabr 2017 - DÜNYA

İsrailin "Dəmir qübbə" dəniz müdafiə sistemi istifadəyə verilib.

Ucnoqta.az Trend-iə istinadən bildirir ki, "Jerusalem Post" qəzeti İsrail ordusundakı mənbəyə istinadən ilyarım davam edən hazırlıq və sınaqlardan sonra "Dəmir qübbə" dəniz müdafiə sisteminin ordunun istifadəsinə verildiyini yazıb.

Müdafiə sisteminin əsas məqsədi İsrail sahillərini, eləcə də ölkənin Aralıq dənizi sahilindəki təbii qaz kəşfiyyatı platformalarını mühafizə etməkdir.

Xəbər xətti