Smartfon asılılığı ilə mübarizəyə kömək edən yeni qurğu yaradılıb

10:23 - 28 Noyabr 2017 - DÜNYA

Avstriyalı dizayner Klemens Şillincer tərəfindən hazırlanan “Substitute Phone” adlı yeni ixtira insanlara smartfon asılılığından xilas olmaqda yardım edəcək.

AZƏRTAC “life.ru” saytına istinadən xəbər verir ki, “Substitute Phone” qurğusunun yaradıcısının fikrincə, insanların əksəriyyəti telefonu praktiki istifadə üçün deyil, onu fırlatmaq və ya düymələrə sıxmaq üçün əlinə götürür. Yeni qurğu smartfon formasında hazırlanmış plastik kütlədir və əlin içərisinə asanlıqla yerləşir. Qurğuya qoyulmuş bir neçə daş muncuq dənəsini fırlatmaq olar. Şillincer bu qurğunu əvəzetmə terapiyası adlandırır.

Xəbər xətti