Rusiyanın ən kriminogen regionları açıqlanıb

01:03 - 28 Noyabr 2017 - DÜNYA

Rusiyada 2017-ci ildə ən yüksək cinayətkarlıq dərəcəsi Tıva, Zabaykalye, Buryatiya, Saxalin və Amur vilayətlərində qeydə alınıb.

 

"Report" xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Aleksandr Kurennoy qurumun "Telegram"dakı rəsmi kanalında yerləşdirilən videoda məlumat verib.

Onun sözlərinə görə, Rusiya subyektləri arasında ən çox cinayət hadisəsi Moskvada qeydə alınıb: "2017-ci ilin ilk 10 ayı ərzində burada 117 mindən çox cinayət törədilib. Amma cinayətkarlıq dərəcəsini regionda yaşayan əhaliyə nisbətən nəzərdən keçirmək lazımdır".

O qeyd edib ki, 2017-ci ilin ilk 10 ayı ərzində Rusiyada qeydə alınmış cinayətlərin ümumi sayında ən böyük azalma Moskvada olub və 21% təşkil edib.

Xəbər xətti