Böyük Britaniyanın baş naziri Tereza Mey Türkiyənin baş naziri Binəli Yıldırımı Daun Stritdəki iqamətgahında qəbul edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hökumət başçıları arasında görüş bir saat sürüb.
Təkbətək görüşdə onlar iqtisadi, təhlükəsizlik, müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirlməsini, Suriya və İraqdakı vəziyyət başda olmaqla bölgədəki vəziyyəti, Kipr, Avtopa İttifaqı ilə əlaqələr və terrora qarşı birgə mübarizəni müzakirə ediblər.